Məşhur müğənni mafiya ilə əlaqələrinə görə həbs olundu - FOTO
    • 20-10-2023, 19:43
    • 361

Məşhur müğənni mafiya ilə əlaqələrinə görə həbs olundu - FOTO

Məşhur italiyalı müğənni Toni Kolombo Neapolitan mafiyası ilə əlaqə qurmaqda ittiham edilərək saxlanılıb. O və arvadı mafiya üzvü hesab olunaraq həbs olunublar.

News24.az Lent.az-a istinadən xəbər verir ki, 2020-ci ildə karyerasını başa vuran pop musiqiçi 2019-cu ildə Neopolitan mafiyasının öldürülən başçısı Qaetano Marinonun dul xanımı Tina Rispoli ilə evlənib. Bu evlilikdən sonra onun mahnıları oğru dünyasında dəbə düşüb.

Müğənninin toyunda Kamorra mafiyasının ondan çox lideri iştirak etmişdi.

37 yaşlı Kolombo mafiya klanlarının çirkli pullarını musiqidən gələn gəlir adı ilə "yumaqda" ittiham olunur.

Müğənni hər hansı bir cinayətdə əli olmadığını bildirib.