Hizbullah hədələdi: Təhlükəsiz bir yer qalmaz!
    • 20-06-2024, 10:28
    • 195

Hizbullah hədələdi: Təhlükəsiz bir yer qalmaz!

Son günlər İsrail və Hizbullah qüvvələri arasında gərginlik artıb və sərhədlər boyu qarşıdurmalar güclənir.

News24.az xəbər verir ki, bu yaxınlarda İsrail ordusu Hizbullahla gərginliyin davam etdiyi bir vaxtda Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlayıb.

Hizbullahdan təhdid

Hizbullah Lideri Həsən Nəsrullah İsrailin Livana qarşı mümkün hücum planını bəyənməsinə cavab verib. "İsrail bizim raketlərimiz və PUA-mızla dolar, təhlükəsiz yer qalmaz" sözləri ilə onu qorxudub.

Hizbullah lideri bəyan edib ki, hərtərəfli müharibə olacağı təqdirdə heç bir qayda-qanun olmadan cavab veriləcək.

Qeyd edək ki, keçən həftə İsrailin hücumunda şəhid olan Hizbullahın yüksək səviyyəli komandirinin anım mərasimində çıxış edən Nəsrullah Cənubi Kipr Rum Administrasiyasını da hədələyib.

O, İsrailin Livana mümkün hücumu halında Kipr Rum rəhbərliyinin hava bazalarını açacağına dair kəşfiyyat məlumatı aldıqlarını açıqlayıb.

Hizbullah Rəhbəri belə bir vəziyyət yaranarsa, "Kıbrısa müharibənin bir parçası kimi baxacağıq" deyib.

Bununla belə, Nəsrullahın sözlərinə cavab Kipr Rum Administrasiyasının lideri Nikos Hristodulidisdən gəlib. "Biz problemin deyil, həllin bir hissəsiyik" dedi.

Hristodulidis Cənubi Kipr üzərindən Qəzzaya çatdırılan humanitar yardıma toxunub.

Bildirək ki, İngiltərənin Cənubi Kiprdə iki hərbi bazası var. Bu bazalar əvvəllər Yəməndə İranın dəstəklədiyi husiləri hədəf almaq üçün istifadə edilib.

Cənubi Kipr Rum Administrasiyası bu bazalarda söz sahibi deyil.

Günel Məlikzadə