-
- 20-06-2024, 13:13
- 298
Katz: "İranı çox gec olmadan dayandırmalıyıq"
İsrailin xarici işlər naziri İsrael Katz özünün X sosial media hesabındakı paylaşımında “İranın raketlərinin Avropa ölkələrini və bütün azad dünyanı təhdid etdiyini” müdafiə edib.
News24.az xəbər verir ki, Hizbullah Hərəkatının baş katibi Nəsrullahın Cənubi Kipr Rum İdarəsinə “hücumla təhdid etdiyini” ifadə edən Katz, dünənki çıxışına işarə edərək, “İranı çox gec olmadan dərhal dayandırmalıyıq” deyib.
Katz öz postunda ABŞ dövlət katibi Entoni Blinkeni, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu və Almaniyanın xarici işlər naziri Annalena Baerboku, eləcə də Fransanın xarici işlər naziri Stefan Sejourne-nin X sosial media hesablarını qeyd edib.
Nəsrullah, İsrailin Livana ola biləcək hərtərəfli hücumda Rum Administrasiyasının hava limanları və hərbi bazalarından istifadə edəcəyinə dair kəşfiyyat məlumatı aldıqlarını, belə bir vəziyyətdə Cənubi Kipr Rum Administrasiyasını müharibənin bir hissəsi hesab edəcəklərini və buna uyğun davranacaqları barədə xəbərdarlıq etmişdi.
Günel Məlikzadə