Kanadada müsəlmanlara qarşı təbliğat
    • 20-06-2024, 22:30
    • 274

Kanadada müsəlmanlara qarşı təbliğat

Kanadada tıxacda hərəkət edən bir avtomobilin üstündəki ekranda müsəlmanların namaz qılan görüntüsündən sonra İslam əleyhinə ifadələrin yer aldığı video yayımlanıb.

News24.az xəbər verir ki, Kanada Müsəlmanları Milli Şurası (NCCM) videonun yayımlandığı avtomobilin şəklini X sosial media platformasında paylaşaraq, "Bu, son dərəcə təhlükəli bir mesajdır və diqqətdən kənarda qalmamalıdır" ifadəsi ilə paylaşıb.

NCCM Toronto polisini araşdırma başlatmağa çağırıb.

Toronto polisinin X hesabında edilən açıqlamada, nifrət cinayətləri bölməsinin məsələ ilə bağlı araşdırma başlatdığı açıqlanıb.

Videoda müsəlmanların görüntülərinin ardınca "Bura Yəməndir, Suriyadır, İraqdır? Yox, bura Kanadadır. Oyan Kanada, mühasirədəsən" sözləri reaksiyaya səbəb olub.

Günel Məlikzadə