Müsəlmanlara qarşı nifrət cinayətləri artmaqdadır
    • 15-04-2024, 22:00
    • 124

Müsəlmanlara qarşı nifrət cinayətləri artmaqdadır

Almaniyanın DPA Xəbər Agentliyinin məlumatına görə, 2023-cü ildə ölkə daxilində müsəlmanlara qarşı nifrət zəminində 1464 cinayət törədilib. Bu rəqəm 2022-ci ildə 610 olaraq qeydə alınıb.

News24.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə ölkədə müsəlmanlara qarşı 137 nifrət cinayəti törədilib.

Bundan əlavə, 2023-cü ildə müsəlmanlara qarşı nifrət cinayətləri nəticəsində 53 nəfər yaralandığı halda, 2024-cü ilin birinci rübündə bu rəqəmin 9 olduğu müəyyən edilib.

Qeyd edək ki, Almaniyada 2023-cü ildə 5154 antisemit cinayət törədilib və nəticədə 56 nəfər yaralanıb.

Günel Məlikzadə