Terrora cəhd edildi: SƏRHƏDLƏR BAĞLANIR
    • 23-11-2023, 11:52
    • 109

Terrora cəhd edildi: SƏRHƏDLƏR BAĞLANIR

ABŞ və Kanada arasındakı Göy qurşağı körpüsündə terror aktına cəhd edilib. 

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Nəzarət-buraxılış məntəqəsində avtomobil partlayıb, güclü partlayış avtomobilin içərisində olan iki nəfərin ölümünə səbəb olub.

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) ABŞ-Kanada sərhədindəki Göy qurşağı körpüsündə bomba yüklü avtomobilin partladılması ilə bağlı araşdırma aparır. 

Federal Təhqiqatlar Bürosu ölkənin Kanada ilə sərhədindəki körpüdə bomba yüklü avtomobilin partladılmasını terror aktı cəhdi kimi araşdırır.

Məlumata görə, bu, terror aktına cəhddir. Avtomobildə partlayıcılar olub.

Daha sonra Kanada ABŞ-la sərhədini, eləcə də yaxınlıqdakı bir neçə başqa keçid məntəqəsini bağlayıb. Bu barədə Kanadanın baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı bildirib.

Ayşən