Çingizlə Lazarev dəniz kənarında idman etdilər - Maraqlı video
    • 17-05-2019, 20:26
    • 1 553

Çingizlə Lazarev dəniz kənarında idman etdilər - Maraqlı video

Ötən gün  "Eurovision 2019" mahnı müsabiqəsində ikinci yarımfinal uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Çingiz Mustafayev və Rusiya təmsilçisi Sergey Lazarev İsrailin Tel-Əviv şəhərində maraqlı görüntülərlə gündəmə gəliblər.

News24.az-ın Tel-Əvivə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hər iki ölkənin idmansevər ifaçıları Aralıq dənizi sahilindəkı istirahət mərkəzində bir araya gəliblər.

 Müxtəlif idman hərəkətləri edən sənətçilərin səmimi söhbət etdikləri də diqqətdən yayınmayıb. Onların mehriban münasibəti onu göstərir ki, təmsilçimiz Çingiz Mustafayev rusiyalı həmkarına, Lazarev isə azərbaycanlı müğənniyə dəstək verəcək. Maraqlı videonu sizə təqdim edirirk.