-
- 20-06-2024, 23:36
- 1 397
"Portuqaliya və Türkiyə qrupdan çıxacaq"
Bir müddət Super Liqada "Beşiktaş" və "Kayserispor"da da çıxış edən portuqaliyalı futbolçu Manuel Fernandes AVRO 2024 F qrupunda 22 iyun şənbə günü keçiriləcək Türkiyə - Portuqaliya matçını dəyərləndirib.
News24.az xəbər verir ki, Fernandes Portuqaliya millisinin Türkiyə ilə müqayisədə daha təcrübəli futbolçulardan ibarət olduğunu bildirib. 38 yaşlı futbolçu “Türkiyə xüsusən də Vinçenzo Montella baş məşqçi vəzifəsinə keçdikdən sonra çox mütəşəkkil oynayır. Onunla çempionatda uzağa gedə bilərlər. Ancaq düşünürəm ki, Portuqaliya bu matçda qalib gələcək".
“Portuqaliya, Türkiyə, Çexiya və Gürcüstan da daxil olmaqla qrupda sürprizlər olacaqmı?” sualına Manuel Fernandes “Sürprizlərə inanmıram. Məncə, Portuqaliya və Türkiyə qrupdan çıxacaq" - deyə cavab verib.
Günel Məlikzadə