-
- 17-05-2019, 20:59
- 1 343
Bank of Baku: "Zülfiyyə Xanbabayeva ilə kreditlə bağlı məhkəmə davası yoxdur”
Xəbər verdiyimiz kimi, bu gün Bakı Appelyasiya Məhkəməsinin sənədi əsasında “Bank Of Baku”nun ipoteka krediti müqaviləsinin şərtlərini pozduğuna görə Xalq artisti Zülfiyyə Xanbabayevanın məhkəməyə verməsi haqda məlumat yayılıb.
Xatırladaq ki, sözügedən sənəddə “Bank Of Baku”nun ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verməsi və bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfərin adı yer alıb. Onlar arsında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızının da adı var.
News24.az məsələ ilə bağlı “Bank Of Baku” ilə əlaqə saxlayıb. Bankdan Reklam və piar departamentinin direktoru Gülşən Cumayeva bunun yanlış məlumat olduğunu bildirdi. “Bəs, bu fakt nədən Apelsiya Məhkəməsinin məlum sənədində əks olunub” sualını G.Cumayeva belə cavabladı: “Mən Zülfiyyə xanımın adının bu sənəddə olmasının səbəbi ilə maraqlandım.
Məlum oldu ki, Z. Xanbabayeva illər öncə “Viktori” LTD MMC-yə məxsus şirkətin təsisçilərindən biri olub. Böyük ehtimalla onun adı həmin şirkətə bağlı olaraq qeyd olunub. Hazırda müğənninin o şirkətlə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, bankımızın Zülfiyyə Xanbabayeva ilə kreditlə bağlı məhkəmə davası yoxdur”.