Zülfiyyə Xanbabayeva yenə də Gürcüstanı seçdi - VİDEO
    • 17-10-2019, 10:17
    • 2 071

Zülfiyyə Xanbabayeva yenə də Gürcüstanı seçdi - VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni klipini və mahnısını dinləyicilərin ixtiyarına verib.

News24.az-ın məlumatına görə, "Oxu" adlanan bəstənin musiqisi İsmayıl Əsədovaya,  sözləri Ayşən Məmmədovaya aiddir.

Bəstənin ekran həllini gürcü komandasına həvalə edib. Ekran işininin rejissorluğunu gürcü Zaza Oraşvilliyə həvalə olunub. O, 15 il öncə "Gözümün qarası"nın da rejissoru olub.  Zülfiyyə Xanbabayevanın imici üzərində stilistlər Ruxa və Elnur Həsənov çalışıb.

Sevda Bayramova