Rusiyanın "Motosiklet batalyonları"
    • 20-06-2024, 23:59
    • 827

Rusiyanın "Motosiklet batalyonları"

Rusiyanın 2022-ci ilin fevralında başlayan genişmiqyaslı Ukrayna işğalı həm də müxtəlif müharibə üsul və strategiyalarının ortaya çıxmasına təkan verir.

News24.az xəbər verir ki, ən diqqətçəkən nailiyyətlərdən biri Rusiya tərəfindən yaradılmış motosiklet batalyonlarıdır.

Rusiya ordusu Ukraynanın “açıq düşmən irəliləməsi” kimi təsvir etdiyi döyüş metodundan - sürətli hücum süvariləri kimi motosikletlərdən istifadə edir.

Daha yavaş və daha asan aşkarlanan zirehli piyada daşıyıcılarını əvəz etmək üçün getdikcə daha çox kiçik maşın istifadə olunur. Dron hücumlarından qorunmaq üçün bu motosikletlər metal qəfəslərlə möhkəmləndirilib.

İddialara görə, Rusiya ordusu Zaporojya və Donetsk kimi bölgələrdə motosikletlərdən istifadə edir.

Günel Məlikzadə