-
- 20-06-2024, 18:36
- 648
Zəhərləndiyimiz zaman nə yeməliyik?
Terapevt Donald Qrant qida zəhərlənməsi halında necə sağlam yemək lazım olduğunu izah edir.
News24.az medianews.az-a istinad edərək xəbər verir ki, Qrantın sözlərinə görə, qida zəhərlənməsi adətən mədə spazmı, ishal, bəzən qusma və qızdırma ilə müşayiət olunur.
Həkim deyir ki, bu vəziyyətdə ən vacib şey, çoxlu maye içməkdir. O izah edib ki, qusma və ishal səbəbindən orqanizm çox miqdarda su itirir və onu doldurmaq lazımdır.
Həkim zəhərlənmə zamanı yağlı və ağır qidalardan uzaq durumağı tövsiyə edib.
O, düyü, banan və ya tost kimi yüngül bir şey yeməyi təşviq edib. “Zəhərlənmisinizsə, başqaları üçün yemək bişirməyin, xəstəxanalara və ya qocalar evlərinə getməyin. Ən əsası simptomlar yox olduqdan sonra uşaqları 48 saat ərzində məktəbə və ya bağçaya göndərməməkdir”, – deyə Qrant tövsiyə edib.
Terapevt qeyd edib ki, bir qayda olaraq, qida zəhərlənməsinin əlamətləri iki-üç gün davam edir. Şiddətli görünürsə, pisləşirsə və ya uzun müddət keçmirsə, həkimə müraciət etməlisiniz.