-
- 21-06-2024, 10:47
- 202
İstilər 155 can aldı
Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib. Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi bildirilir.
News24.az publika.az-a istinadla xəbər verir kli, bu barədə Meksika mətbuatından məlumat verilib.
Bildirilir ki, Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında temperatur 45 dərəcəni keçib. Günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi də qeyd edilir. Səhiyyə mərkəzlərindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında istilərdən 30 nəfər ölüb.
Eyni zamanda, bəzi ştatlarda buxarlanma sürətinin artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.