Rekord istilər: 147 meymun öldü
    • 23-05-2024, 23:20
    • 280

Rekord istilər: 147 meymun öldü

Dünyanın ən mühüm problemlərindən biri olan iqlim dəyişikliyi leysan yağışları və qızmar temperaturları da özü ilə gətirir.

News24.az xəbər verir ki, mütəxəssislər insanları tez-tez temperaturun mövsümi normaları aşması barədə xəbərdarlıq etsələr də, yaşayış yeri meşələr, çəmənliklər və okeanlar olan heyvanlar da temperaturdan çox təsirlənir.

Şimali Amerika ölkəsi Meksikada həddindən artıq istilər heyvanların ölümünə səbəb olub.

Keçən həftə Çiapas və Tabasko ştatlarında 45 dərəcədən yuxarı temperatur və su çatışmazlığı səbəbindən nəsli kəsilməkdə olan 147 ulayan meymun (Yucatan) ölüb. Bir çox meymun su çatışmazlığından ağacdan yıxılaraq xəsarət alıb.

Ekoloji qurumlar və səlahiyyətlilər yerli sakinlərlə əməkdaşlıq etdiklərini, meymunlar üçün su və meyvə gətirdiklərini bildiriblər.

Bəzi bioloqlar problemin mayın 5-dən bəri davam etdiyini və ötən həftə sonu daha da pisləşdiyini deyirlər.

Digər məlumatlara görə, bəzi ştatlarda 50 dərəcəyə çatan temperatur quşlara və sürünənlərə də təsir edib.

Günel Məlikzadə