Ana yeni doğulmuş körpəni diri-diri torpağa basdırdı
    • 21-06-2024, 14:09
    • 722

Ana yeni doğulmuş körpəni diri-diri torpağa basdırdı

Rusiyanın Xabarovsk diyarının Pivan kəndində 21 yaşlı qadın yeni doğulmuş körpəni diri-diri basdırıb.

News24.az medianews.az-a istinadla xəbər verir ki, bu barədə “Amur Mash” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, qadın 14 yaşından etibarən valideynləri ilə yaşamır.

O, tez-tez evdən qaçıb. Və iki il əvvəl evli bir kişi ilə münasibətə başlayıb. Onların bu birgəlikdən bir qızları olub.

Lakin onun həyat tərzinin düzgün olmaması səbəbindən anası qızı valideynlik hüququndan məhrum etməyə çalışıb.

Qadın uşağı istəməyib və körpənin vaxtından əvvəl dünyaya gəldiyini düşünərək baxçanın həyətində diri-diri torpağa basdırıb.

Daha sonra o ağlayaraq anasına zəng edib və əməlini etiraf edib. Körpə qadının ailəsi tərəfindən xilas edilib.