Yeni doğulan körpə öz dəfnində AĞLADI
    • 13-07-2020, 09:11
    • 1 379

Yeni doğulan körpə öz dəfnində AĞLADI

Hindistanda, yeni doğulmuş qız uşağını diri-diri dəfn etmək istəyiblər.

News24.az
"Times of India"-ya istinadən xəbər verir ki, hadisə Qoqund şəhərində baş verib.

Həkimlər iyulun 9-da anadan olan qızın ölü dünyaya gəldiyini bildiriblər və körpəni dəfn etmək üçün valideynlərinə veriblər.

Qızın atası və qohumu qəbir qazarkən uşaq ağlayıb.

Körpə tibb mərkəzinə aparılıb. Həkimlər yeni doğulmuş uşağı rayon xəstəxanasına çatdırmaq üçün təcili yardım çağırıblar. Ancaq təcili yardım bir saat yarımdan sonra gəlib. Bu vaxt ərzində körpənin vəziyyəti pisləşib və o ölüb.

Körpənin ailəsi həkimləri səhlənkarlıqda günahlandırıb. Həkimlər isə uşağın qohumlarının onu xəstəxanadan xəbərsiz apardıaqlarını iddia ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.