Aparıcı Zaurdan Günelə: “Mənə ərə gələrsən?”
    • 21-06-2024, 20:41
    • 8 366

Aparıcı Zaurdan Günelə: “Mənə ərə gələrsən?”

Teleaparıcı Zaur Kamal növbəti sualı ilə diqqətləri üzərinə cəmləməyi bacarıb.

News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, proqramında qonaq olan müğənni Günel Məhərrəmovaya şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.

Suallardan biri isə belə olub:

"Günel, subay olsan, mənə ərə gələrdin?"

Zaurun sualına ifaçı belə cavab verib:

"Fikirləşərdim. Sən çox yaraşıqlı oğlansan, amma xüsusiyyətlərin çox çətindir. Yoldaşın səninlə necə yola gedir, bilmirəm".

Teleaparıcı müğənni ilə ailə quracağı təqdirdə onu sənətdən uzaqlaşdıracağını bildirib:

"Səninlə evlənsəm, qoymazdım oxuyasan. Evə bağlı qalardın, tər-təmizliyə fikir verərdin".