Bir kənd tamamilə su altında QALDI
    • 22-06-2024, 12:15
    • 14 121

Bir kənd tamamilə su altında QALDI

Türkiyədə Qarsın Sarıqamış rayonunda yerləşən və Qarakart bəndinin su basması ilə boşaldılan Karakurt kəndində kilsə, köhnə kənd evləri və kənd məscidi su altında qalıb.

News24.az xəbər verir ki, 200 nəfərin yaşadığı kəndin geriyə qalan minarəsi kameraya düşüb.

Qarakurt kənd məscidinin suyun üzərində qalan minarəsi də vətəndaşların diqqətini çəkib.

Məscidin minarəsini telefonu ilə lentə alan vətəndaşlar kəndlə yanaşı xatirələrinin də su altında qaldığını bildiriblər.

Günel Məlikzadə