70 ölü, 4 milyon yaralı, su altında qalan 5 min kənd - Hindistanda fəlakət
    • 21-06-2022, 09:47
    • 684

70 ölü, 4 milyon yaralı, su altında qalan 5 min kənd - Hindistanda fəlakət

Hindistanın şimal-şərqində güclü daşqın 70-dən çox insanın həyatına son qoyub. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqın zamanı ən azı 4 milyon şəxs xəsarət alıb. 

Bir neçə gün dayanmadan yağan musson leysanları səbəbi ilə Brahmaputra çayı və onun qolları daşıb.

Ən azı beş min kənd su altında qalıb. Bir çox yol sürüşmə nəticəsində bağlanıb. 

Hazırda Banqladeşdə humanitar fəlakət yaşanır.

Daşqınlar nəticəsində ölkədə 10 milyona yaxın insan evlərini itirib.