BMT "Mavi xətt" boyunca atəşkəsə çağırır
    • 21-06-2024, 09:10
    • 230

BMT "Mavi xətt" boyunca atəşkəsə çağırır

BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) verdiyi açıqlamaya görə, BMT-nin Livan üzrə xüsusi koordinatoru Hennis-Plasschaert UNIFIL Missiyasının rəhbəri, baş komandanı general Aroldo Lazaro və Livanın cənubunda xidmət edən UNIFIL qüvvələri ilə görüşüb.

News24.az xəbər verir ki, Hennis-Plasschaert-in Hizbullah ilə İsrail ordusu arasında 8 aydan çox davam edən və minlərlə insanın həyatına təsir edən qarşıdurmalardan sonra Mavi xətt boyunca sabitliyi bərpa etməyi hədəflədiyi bildirilib.

Bəyanatda vurğulanıb ki, “bütün tərəflər qarşılıqlı münaqişəni dayandırmalı və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinə uyğun olaraq davamlı həll yollarına riayət etməlidirlər.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür.

Bu toqquşmalarda 347 Hizbullah üzvü, 63 livanlı mülki, 19 Amal Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.

Günel Məlikzadə