-
- 22-06-2024, 18:09
- 39 746
İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq
Rusiyanın Sankt-Peterburq şəhərində mənzil-kommunal xidmətlərin tarifləri iyulun 1-dən artacaq.
News24.az publika.az-a istinadən xəbər verir ki, şəhərin kommunal xidmət göstərən müəssisələri artıq vətəndaşlara müvafiq xəbərdarlıq göndərməyə başlayıb.
Qeyd olunur ki, Sankt-Peterburq sakinləri 2024-cü ilin iyul ayından soyuq suyun hər kubmetri üçün 39,7 rubl, kanalizasiya üçün isə eyni məbləğdə pul ödəməli olacaqlar. Bu qərar Sankt-Peterburq Tarif Komitəsinin tələbləri ilə əlaqədar qəbul edilib.
O da bildirilir ki, mənzil-kommunal xidmətlərinin tariflərinin maksimum bahalaşması 9,4 faiz təşkil edəcək.