Rusiyaya qarşı bu sanksiyalar da genişləndirilir
    • 22-06-2024, 22:38
    • 304

Rusiyaya qarşı bu sanksiyalar da genişləndirilir


AB səlahiyyətliləri Rusiyaya qarşı aviasiya sanksiyalarını genişləndirir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 14-cü sanksiya paketi çərçivəsində Rusiyanın fiziki şəxsləri, şirkətləri və strukturlarına ittifaqa üzv dövlətlərin hava məkanında şəxsi uçuşlar da qadağan ediləcək. Söhbət xüsusilə varlı rusların Avropaya uçuşlar üçün istifadə etdiyi biznes təyyarələrindən gedir.

Qeyd edək ki, Avropa Birliyi iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə razılıq verib.