Azərbaycanda ağır qəza: xəsarət alan var
    • 23-06-2024, 00:42
    • 292

Azərbaycanda ağır qəza: xəsarət alan var


Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

News24.az lent.az-a istinadən xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Kia" , "BMW", "Mercedes" , "Nissan" markalı minik avtomobilləri ilə "MAN" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.