Zaqatalada 14 yaşlı məktəblini maşın vurdu
    • 23-06-2024, 09:37
    • 168

Zaqatalada 14 yaşlı məktəblini maşın vurdu


Zaqatalada 14 yaşlı oğlanı maşın vurub.

News24.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib.

2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.

Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 14 yaşlı Əkbər Ülvi oğlu Alxasov məktəbli olub.//lent.az