Zaqatalada 28 yaşlı qadını maşın vurdu
    • 8-03-2023, 22:04
    • 249

Zaqatalada 28 yaşlı qadını maşın vurdu

Zaqatalada 28 yaşlı qadını maşın vurub.

Hadisə Zaqatala şəhəri ərazisində baş verib.

Rayon sakini Sadiq Zəngiyev idarə etdiyi "VAZ 2102" markalı minik avtomobili ilə rayonun Yuxarı Çardaqlar kənd sakini 1995-ci il təvəllüdlü Günay Abakar qızı Əhmədovanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/