Zaqatalada uşağı maşın vurdu
    • 20-08-2023, 22:52
    • 110

Zaqatalada uşağı maşın vurdu

Zaqatalada yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az APA-ya istindən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala şəhəri Kür-Araz adlanan yaşayış masivində baş verib.

Zaqatala şəhər sakini Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözb/arax kənd sakini, 2014-cü il təvəllüdlü Renad Afər oğlu Əliyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır