Naxçıvan polisi əməliyyat keçirdi
    • 23-06-2024, 11:12
    • 182

Naxçıvan polisi əməliyyat keçirdi


Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.