Bir tona yaxın narkotik tərkibli bitki məhv edildi - QUSARDA
    • 2-08-2019, 10:41
    • 825

Bir tona yaxın narkotik tərkibli bitki məhv edildi - QUSARDA

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir tona yaxın, hündürlüyü 150-300 sm olan 581 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.