-
- 24-06-2024, 19:13
- 752
Sevişmək nələrə qadirmiş - Həkimlər elə şeylər açıqladı ki...
Cinsi əlaqədə olmaq üzdəki şişkinliyi azaldır və dərinin keyfiyyətini yaxşılaşdırır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə kosmetoloqlar Teresa Tarmi və Pam Marşal "The Standard"a cinsi yaxınlığın gözlənilməz faydalarını izah edərkən bildiriblər.
Tarmi qeyd edib ki, orqazm qan dövranını yaxşılaşdırır və hüceyrələrin yenilənməsini sürətləndirir.
"Cinsi əlaqədən sonra dərimiz oksigenlə doyur, o, daha parlaq və təravətli olur, dodaqlarımız daha qırmızı görünür", - deyə o bildirib.
Üstəlik, həkim deyib ki, sevişmək kollagen istehsalını stimullaşdırır. Kosmetoloqun sözlərinə görə, bu maddə dərinin bərpasında böyük rol oynayır və qırışları azaltmağa kömək edir. O əlavə edib ki, bundan əlavə, yaxınlıq stressi azaldır və yuxunu yaxşılaşdırır ki, bu da səhər gözlər şişmədən oyanma şansını artırır.
Marşall isə qeyd edib ki, cinsi əlaqədən sonra dərialtı piydə piy istehsalı azalır və bunun sayəsində sızanaqlar yox olur. Eyni zamanda, o qeyd edib ki, ehtiraslı öpüşlər, həmçinin dəridə qalan tüpürcək və tər, əksinə, səpgilərə və qızartılara səbəb ola bilər.