İlk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq
    • 24-06-2024, 14:15
    • 102

İlk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

Həcc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana geri dönəcək.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olacaq:

"İlk zəvvar qrupumuz artıq dünən Mədinəyə gəlib. Onlar Mədinə ziyarətgahlarını, tarixi, görməli yerlərini gəzəcəklər".

Vüsal Cahangiri qeyd edib ki, Azərbaycan Həcc ziyarətinə gedən sonuncu zəvvar qrupu isə iyulun 1-də geri dönəcək.