Faciəvi şəkildə ölən Arzunun nişanlısı:
    • 28-09-2024, 20:39
    • 1 410

Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO


Xəbər verdiyimiz kimi, Tərtərdə paltar sərən 21 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Arzunun nişanlısı olduğunu bildirən Əli Məmmədov adlı şəxs onunla birgə çəkdirdikləri fotolarını sosial şəbəkə hesabında paylaşıb.

“Allah sənə rəhmət eləsin, Arzum. Səni gəlinliklə qarşımda görmək istəyərdim, öz əllərimlə torpağa qoymağı deyil. İçim yanır. 6 ildir əllərimin içində saxladım, Allah səni aldı məndən. Allah mənim bəlamı versin”, - deyə o, paylaşımında qeyd edib.