"Sülh planı ilin sonuna qədər hazır olacaq" - Zelenski
    • 28-06-2024, 18:00
    • 433

"Sülh planı ilin sonuna qədər hazır olacaq" - Zelenski

Ukrayna sülh planının üç komponenti üzərində işləyir: enerji, ərzaq təhlükəsizliyi, hərbi əsirlərin mübadiləsi. 

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. 

"Bunlar prioritet sahələrdir, lakin sülh qətnaməsinin digər komponentləri üzrə paralel iş aparılır", - deyə o, Kiyevdə sloveniyalı həmkarı Nataşa Pirc Musarla görüşdən sonra deyib. 

Zelenski qeyd edib ki, təfərrüatlı sülh planı ilin sonuna qədər hazır olacaq: "Hər şey yalnız Ukraynadan asılı olsaydı, müharibə olmazdı. Biz bu müharibəni uzatmaq istəmirik və tezliklə sülhə nail olmalıyıq. Biz sülh istəyirik, lakin güclü olmalıyıq".