-
- 25-06-2024, 14:39
- 380
Dilan və Engin Polat sərbəst buraxıldı
Türkiyəli jurnalist Emrullah Erdinç X hesabında paylaşdığı yazı ilə Dilan Polat, Engin Polat və Sezgin Polatın sərbəst buraxıldığını açıqlayıb.
News24.az xəbər verir ki, Emrullah Erdinç rəsmi X hesabından işin gedişatını belə izah edib:
“Dilan Polat, Engin Polat və Sezgin Polat məhkəmə zalına gəldilər. Dilan Polat məhkəmə zalına girərkən yerə yıxılaraq “Aman Allahım, mənim heç bir günahım yoxdur” deyə qışqırıb. Həbsxana nəzarətçiləri tərəfindən həkim çağırılıb. Məhkəmə sədri Dilan Polatın məhkəmə zalından çıxarılmasını istəyib. Amma vəkillər ondan zalda qalmasını istəyiblər.
Məhkəmə müvəqqəti qərarını elan edib. Dilan Polatın, Engin Polatın və Sezgin Polatın həbs olunmadan mühakimə olunmasına qərar verilib".
Günel Məlikzadə