Tovuzda 1 ailənin 5 üzvü balıqdan zəhərlənib
    • 20-05-2019, 11:09
    • 1 107

Tovuzda 1 ailənin 5 üzvü balıqdan zəhərlənib

Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.

News24.az
report-a istinadən xəbər verir ki, onlar, 2011-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyeva, 1986-cı il təvəllüdlü Məlahət Vaqif qızı Məmmədova və 1985-ci il təvəllüdlüRəşad Əliyevdir. 

Onların balıqdan zəhərləndiyi ehtimal olunur.

Onlara tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.