-
- 25-06-2024, 19:13
- 422
İki ölkə müharibənin astanasında: “Qarşısını ala bilməyəcəyik”
“Hizbullah” terror təşkilatı hücumlarını davam etdirsə, ABŞ İsrailin Livana hücumunu dayandıra bilməyəcək.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Amos Hokşteyn deyib.
Ötən həftə Livanda səfərdə olan Hokşteyn sərhəddə atışmaların təcili azaldılmasına çağırıb.
Prezidentin nümayəndəsi “Hizbullah”a sərhəddə gərginliyi artırmaqdansa, İsraillə dolayısı ilə danışıqlar aparmağı tövsiyə edib.
“Axios” yazır ki, ABŞ Qəzzada savaşın davam etdiyi vaxtda İsraillə “Hizbullah” arasında müharibə ehtimalının artmasından narahatdır. Nəşrin iddiasına görə, bu, regional gərginliyi alovlandıracaq və ABŞ-ni qarşıdurmaya çəkəcək.
“Bu münaqişəyə indi son qoymaq hər kəsin marağındadır. İnanırıq ki, bunun üçün diplomatik yol var. Əlbəttə, tərəflər buna razılıq versələr”, - Hokşteyn vurğulayıb.