Hizbullah: Məcbur eləsələr, mübarizə aparacağıq
    • 4-06-2024, 17:18
    • 183

Hizbullah: Məcbur eləsələr, mübarizə aparacağıq

Hizbullah İsraillə davam edən müharibə ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, İranın dəstəklədiyi təşkilatın vitse-prezidenti Naim Qasim bu gün Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına danışıb.

Qasim deyib ki, Hizbullah İsraillə bir neçə aydır davam edən müharibəsini genişləndirmək niyyətində deyil, lakin “tammiqyaslı müharibə tətbiq edilərsə, onlar döyüşəcəklər”.

Qeyd edək ki, dünən Hizbullah Livandan İsrailin şimalına raketlər atıb və hücum Yuxarı Cəlil bölgəsindəki dağ silsiləsində yanğına səbəb olub.

Təxminən 20 saat davam edən yanğında 11 nəfər tüstüdən zərər çəkib, ərazidəki bəzi evlər təxliyə edilib.

Səlahiyyətlilər, təxminən min hektar ərazini məhv edən yanğının bu gün tamamilə nəzarət altına alındığını açıqladı. Ərazini alov gecikdirici ilə söndürmək üçün altı yanğınsöndürən təyyarədən istifadə edilib.

Günel Məlikzadə