Blinkendən Qallanta: Sərhəddə gərginliyin qarşısını alın
    • 25-06-2024, 18:14
    • 183

Blinkendən Qallanta: Sərhəddə gərginliyin qarşısını alın


ABŞ-a səfərə gələn İsrailin müdafiə naziri Yoav Qallant Vaşinqtonda Dövlət katibi Entoni Blinkenlə görüşüb.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Məlumata görə, Amerika administrasiyasının səyləri İsraillə Hizbullah qruplaşması arasında müharibənin qarşısını almağa yönəlib:

“Blinken münaqişənin genişlənməsinin qarşısının alınmasının, Livan və İsrail ailələrinin evlərinə qayıtmasına imkan verəcək diplomatik həll yolunun vacibliyini vurğulayıb”.

Qeyd olunur ki, Qallantın səfərinin məqsədlərindən biri də İsraillə ABŞ arasında münasibətlərdəki gərginliyi azaltmaq olub.

“Dostlarımızın və düşmənlərimizin gözü bizə tərəf yönəlib. Fərqlilikləri tez aradan qaldırıb çiyin-çiyinə durmalıyıq”, - İsrailin müdafiə naziri qeyd edib.