“Hizbullah”ı aradan qaldırmalıyıq" - İsrailli nazir
    • 7-01-2024, 16:56
    • 257

“Hizbullah”ı aradan qaldırmalıyıq" - İsrailli nazir

“Dünya yadda saxlamalıdır ki, eskalasiyanın təşəbbüskarı “Hizbullah” terror təşkilatıdır. İsrail diplomatik həlldə maraqlıdır, amma həll tapılmasa, İsrail və Müdafiə Qüvvələri təhlükəni özü aradan qaldıracaq. Hərbi Nazirlər Kabinetinin bütün üzvləri bu fikri bölüşürlər”.

News24.az xəbər verir ki, bu barədə İsrailin Müharibə Kabineti naziri Benni Qantz deyib.

Qantz Baş nazir Benyamin Netanyahunun Livanda “Hizbullah” terror təşkilatına qarşı müharibəyə başlamaq ideyasını dəstəkləyir.

“Burada diqqətçəkən yeganə şey İsrailin təhlükəsizliyidir, başqa heç nə. Bu, bizim ölkəmiz və vətəndaşlarımız qarşısında borcumuzdur”, - Qantz bildirib.

Onun sözlərinə görə, İsrailin şimalında (Livanla sərhəddə) yaşayan vətəndaşların öz evlərinə qayıtmaları təcili həllini tələb edən məsələdir.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-də Qəzzada HƏMAS-la savaş başlayandan sərhəddə tez-tez İsrail ordusu və “Hizbullah” arasında silahlı toqquşma baş verir.

Ayşən