Rusiya və Ukrayna arasında əsir mübadiləsi
    • 26-06-2024, 23:30
    • 285

Rusiya və Ukrayna arasında əsir mübadiləsi

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə iki ölkə arasında yeni əsir mübadiləsi aparılıb. 

News24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Ukrayna tərəfi tərəfindən əsir götürülən 90 rus əsgərinin geri alındığı açıqlanıb. “Danışıqlar nəticəsində həyati təhlükəsi olan 90 Rusiya hərbçisi Kiyev rejiminin nəzarəti altında olan ərazidən geri göndərildi. Bunun müqabilində 90 ukraynalı hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib”.

Açıqlamada geri alınan rus əsgərlərinin təhvil verilməsindən sonra müalicə və reabilitasiya proseslərinin başladığı bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında “Rus əsarətində olan daha 90 insanımız bu gün öz evlərinə qayıtdı” dedi və BƏƏ-yə vasitəçi olduğu üçün təşəkkür etdi.

Günel Məlikzadə