Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxdı: QƏRAR VERİLDİ
    • 27-06-2024, 13:07
    • 1 227

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxdı: QƏRAR VERİLDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

News24.az "Report"a istinadla bildirir ki, toplantıda parlamentin 2024-cü il 21 iyun tarixli "Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçki təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılıb.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkinin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.