-
- 27-06-2024, 20:00
- 527
Ronaldo ilk dəfə...
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilk dəfə yığma komanda səviyyəsində böyük turnurlərin qrup mərhələsində qol vura bilməyib.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
39 yaşlı futbolçu Avro-2024-ün 3 oyununda ümumilikdə cəmi 1 qol ötürməsi verib.
Ronaldo Portuqaliyanın iştirak etdiyi əvvəlki 10 böyük turnirin qrup mərhələsində qollar vurmağı bacarıb. O, 2004, 2008, 2012, 2016 və 2021-ci illərdə Avropa çempionatlarında, 2006, 2010, 2014, 2022-ci illərdə və dünya çempionatında fərqlənib.