Ronaldo millidən kənarlaşdırıldı
    • 3-06-2024, 10:27
    • 183

Ronaldo millidən kənarlaşdırıldı

Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətindən çıxarılıb.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Komandanın rəhbərliyi ulduz futbolçuya 1 həftəlik istirahət verib. O, millinin iyunun 4-də Finlandiya ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak etməyəcək. Ronaldo ilə yanaşı, Ruben Neveş də finlərlə görüşü buraxmalı olacaq.