AVRO 2024: Ronaldo Almaniyada..
    • 7-06-2024, 14:01
    • 284

AVRO 2024: Ronaldo Almaniyada..

Kriştiano Ronaldo Almaniyada da ilkləri qovalayacaq.

News24.az xəbər verir ki, yaş almasına baxmayaraq, Portuqaliyanın hücumda ən böyük kozu olan Ronaldo, Türkiyə də daxil olmaqla AVRO-2024-də F qrupunun matçlarında iştirak etsə, 6 Avropa Çempionatında oynayan ilk futbolçu olacaq.

Daha əvvəl AVRO-2004, 2008, 2012, 2016 və 2020-ci illərdə mübarizə aparan və 14 dəfə toru silkələyən təcrübəli futbolçu turnir tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu titulunun da sahibidir.

Avropa çempionatı tarixində 5 turnirdə qol vuran yeganə futbolçu olan Ronaldo AVRO-2024-də rəqib qapısına qol vuraraq bu rəqəmi 6-ya çatdırmağa çalışacaq.

Portuqaliyalı hücumçu 2004-cü ildə iki dəfə, 2008-ci ildə bir dəfə, 2012 və 2016-cı ildə üç dəfə, 2020-ci ildə isə 5 dəfə toru silkələyib.

Turnir tarixində 14 qol vuran Ronaldo 9 qolla fransalı Mişel Platinini, hərəyə 7 qolla ingilis Alan Şirer və fransalı Antuan Qrizmannı qabaqlayır.

Çempionatın seçmə oyunları nəzərə alındıqda 50 qolu olan Ronaldo hətta ən yaxın rəqibləri Zlatan İbrahimoviç (25) və Robbi Kinin (23) ümumi qol sayını da keçib.

Ronaldo 25 matçla Avropa çempionatında ən çox oyun keçirən futbolçu kimi seçilir.

Digər portuqaliyalı futbolçular Joao Moutinho və Pepe hərəyə 19 matçla Ronaldonu izləyir.

Avropa çempionatının seçmə mərhələləri daxil edilərkən 64 oyun keçirən Ronaldo bu sahədə ilk sırada portuqaliyalı ulduzu italiyalı Canluici Buffon (58) və xorvatiyalı Luka Modriç (53) tutur.

Qeyd edək ki, Karyerası boyu rekordlar qıran 39 yaşlı Ronaldonun AVRO 2024-də qıra biləcəyi rekordlar da diqqət çəkir.

Avstriyalı İvitsa Vastiç 38 yaş 257 gün ərzində çempionatda qol vuran ən yaşlı futbolçu olub.

İtaliyalı Leonardo Bonucci final matçında qol vuran ən yaşlı oyunçu (34 yaş 71 gün), almaniyalı Yens Lehmann isə finalda oynayan ən yaşlı oyunçu (38 yaş 232 gün) kimi qeydə alınıb.

Hollandiyalı Arnold Mühren Avropa çempionatını qazanan ən yaşlı futbolçu (37 yaş 23 gün) adına sahibdir.

Qapıçılardan başqa Avropa çempionatında oynayan ən yaşlı oyunçu rekordu 39 yaş 91 gün ilə alman Lotar Mattausa məxsusdur.

Futbol dünyasının rekord vuran ulduzu Ronaldonun AVRO-2024-də bütün bu rekordları qırması ehtimalı var.

21 illik milli karyerasında 206 dəfə Portuqaliya formasını geyinən Ronaldo, Küveytli Bader Əl-Mutavanı (196) qabaqlayaraq, millidə ən çox oyun keçirən futbolçu olma xüsusiyyətinə malikdir.

Ronaldo həm də ən çox oyun keçirmə rekorduna sahib olduğu milli komandaların bombardiri adını daşıyır.

Yığmada 128 qol vuran Ronaldo iranlı Əli Daei (108) və argentinalı Lionel Messini (106) qabaqlayır.

Bundan əlavə, Real Madrid tarixinin bombardiri olan portuqaliyalı ulduz UEFA Çempionlar Liqasında ən çox oyun keçirən və ən çox qol vuran futbolçu ünvanına da sahibdir.

Günel Məlikzadə