-
- 27-06-2024, 14:38
- 368
Tehran meri prezidentlik uğrunda mübarizədən çəkildi
Tehran meri Əlirza Zəkani İranda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər bunlardır: parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.
Bu gün İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi də prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
Xatırladaq ki, iyunun 28-də İranda 14-cü prezident seçkiləri keçiriləcək.