Mahir lazım deyil, amma ona güzəşt etməli olacaqlar
    • 9-05-2024, 14:25
    • 214

Mahir lazım deyil, amma ona güzəşt etməli olacaqlar

Xorvatiya mətbuatı bu yay "Dinamo"nu tərk edəcək futbolçulardan danışarkən komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin vəziyyətinə də toxunublar.

News24.az Sportinfo.az-a istinadən xəbər verir ki, xorvatlat millimizin üzvü barədə bunları qeyd edib:

"Mahir Emreli oyunlar üçün nəzərdə tutulmuş heyətdə belə yoxdur. O, zədəsini sağaldandan sonra bir dəqiqə də meydanda qalmayıb.

Emrelinin klubla müqaviləsi daha iki il qüvvədədir və “Dinamo” onunla kompromisə getməli olacaq".