Astronavtlar kosmosda qapalı qaldılar
    • 27-06-2024, 12:06
    • 241

Astronavtlar kosmosda qapalı qaldılar

Boeing-in SpaceX-ə rəqib olacağı gözlənilən Starliner kosmik gəmisi daşıdığı iki NASA astronavtı ilə birlikdə kosmosda qapalı qalıb.

News24.az xəbər verir ki, iyunun 6-da NASA astronavtları Suni Williams və Butch Wilmore ilə birlikdə Beynəlxalq Kosmik Stansiyaya enən gəmi 21 gündür ki, kosmosdadır.

Bildirilib ki, dönüşü dəfələrlə təxirə salınan “Starliner” gəmisi gəmidəki müxtəlif nasazlıqlar səbəbindən yerini tərk edə bilməyib.

Dəqiq dönüş tarixi məlum olmayan vasitə ən azı iyulun 2-dək Beynəlxalq Kosmik Stansiyaya (BKS) bağlı qalacaq.

"Stansiya kifayət qədər resursa malik olduğundan və stansiyanın cədvəli avqustun ortalarına qədər nisbətən uyğun olduğundan, ekipajın stansiyanı tərk etməsi üçün vaxt sıxışdırılmır", - NASA rəsmiləri cümə günü yeniləmədə bildiriblər.

Günel Məlikzadə