İranla 7 cəbhədə savaşırıq - Netanyahu
    • 28-06-2024, 19:54
    • 195

İranla 7 cəbhədə savaşırıq - Netanyahu

Hazırda biz İrana qarşı yeddi cəbhədə vuruşuruq, bu cəbhələr HƏMAS, Hizbullah, Husi, o cümlədən İraq və Suriyadakı proksi qüvvələr, İordan çayının qərb sahili və İranın özündədir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netaniyahu deyib.

O, İranın proksi qüvvələr vasitəsilə Orta Şərqi istila etmək niyyətində olduğunu deyib:

“Bu cəbhə (İran və ona bağlı qüvvələr) Yaxın Şərqi fəth etmək üçün irəliləyir, müxtəlif cəbhələrdən raket və quru hücumları vasitəsilə Səudiyyə Ərəbistanında iğtişaş törətməyi və İordaniya Krallığını devirməyi planlaşdırır”.