-
- 24-10-2023, 16:50
- 266
"HƏMAS-a qarşı müharibə uzun çəkə bilər" - NETANYAHU
“İndi tərəqqi və firavanlıq üçün mübarizə aparan azad dünya ilə İran, “Hizbullah”, HƏMAS və “Husilər”in başçılıq etdiyi şər oxu arasında döyüş gedir, onlar Yaxın Şərqi orta əsrlərə qaytarmaq üçün mübarizə aparırlar. Bu, sülh və sivilizasiya üçün bir sınaqdır: HƏMAS qalib gəlsə, hamımız uduzacağıq və bütün sivilizasiya təhlükə altında olacaq”.
News24.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu “Hizbullah”ın ölkəsinə qarşı müharibəyə qoşulacağı təqdirdə onu ağır nəticələrlə hədələyib.
Onun sözlərinə görə, HƏMAS-a qarşı müharibə uzun çəkə bilər, İsrail əsirləri azad etmək üçün hər cür səy göstərəcək və fələstinli mülki şəxslərə zərər verməməyə çalışacaq.
İsrail baş naziri İran tərəfindən dəstəklənən “Hizbullah”a xəbərdarlıq edib:“Hizbullah” bu müharibəyə qatılmaqla ciddi səhvə yol versə, peşman olacaq, itkilər ağlasığmaz olacaq, nəticələri dəhşətli olacaq”.
Ayşən