Təlim zamanı qorxunc qəza - Polis maşın altında qaldı
    • 28-06-2024, 21:52
    • 449

Təlim zamanı qorxunc qəza - Polis maşın altında qaldı

Rusiyada keçirilən təlim nümayişi zamanı polis maşın altında qalaraq, sürüklənib.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, iyunun 28-də Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər Baş İdarəsinin Dövlət Yol Müfəttişliyinin Tədris Mərkəzində peşə vərdişlərinin nümayişi zamanı bədbəxt hadisə baş verib.

Moskva vilayətinin İvanteevka şəhərində “Cascade” akrobatika komandası yol polisi təlim mərkəzində ekstremal tryuklar göstərib.

Nümayişlər zamanı xidməti maşın yol polisi müfəttişini əzərək, sürükləyib.

Bildirilib ki, qəza nəticəsində polis əməkdaşı yaralanıb.