İranda prezident seçkiləri: İlk nəticələrə görə..
    • 29-06-2024, 09:04
    • 560

İranda prezident seçkiləri: İlk nəticələrə görə..

İranda insanlar 14-cü müddətə prezident seçkiləri üçün sandıq başına gedib. Səslər ölkə üzrə seçki mərkəzlərində qurulan 59 mindən çox seçki qutusunda verilib.

News24.az xəbər verir ki, ölkədə səhər saat 08.00-da başlayan seçki üçün səsvermə yerli vaxtla saat 00.00-da başa çatıb. 61 milyon 452 min 321 seçicinin olduğu İranda sandıq bağlandıqdan sonra səslərin hesablanmasına başlanılıb.

14-cü dövr prezident seçkilərində Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Celili, Mühafizəkarlar Cəbhəsindən parlament sədri Məhəmməd Bakır Kalibaf, keçmiş daxili işlər naziri Mustafa Purmuhammedi və İslahatçılar Cəbhəsindən Təbriz millət vəkili Mesut Pezeşkiyan yeganə namizəd kimi yarışır.

Qeyd edək ki, Pezeşkiyan 5 milyon 354 səslə liderlik etdiyi halda, onu 4 milyon 875 min 269 səslə Celili izləyir.

Məhəmməd Bakır Kalibaf 1 milyon 620 min 628 səslə üçüncü, Mustafa Purmuhammedi isə 95 min 172 səslə dördüncü yerdədir.

Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar.

Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi 9-cu prezident olacaq. 

Günel Məlikzadə